• $
  • €
  • ₽
  • ₺
  • £

Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir

Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir
05.09.2025 20:45

Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.Bu barədə AYNA - dan məlumat verilib.

"Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin "Gənclik" metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.  

Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir", - məlumatda qeyd olunur. 

AYNA bildirir ki, parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.

Məlumata görə, görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq.

"Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq", - AYNA - dan bildirilib.

Qeyd edilir ki, bu həll Bakının "rəqəmsal əkiz"i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol