• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb

Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
10.07.2025 18:06

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol