• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul gələn həftədən başlayır

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul gələn həftədən başlayır
11.07.2025 11:34

Azərbaycanda 2025–2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçalarına) qəbul prosesi gələn həftədən başlayacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilir. 

İyulun 18-i saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası tabeliyində olan müəssisələr üçün, iyulun 25-i isə Bakı şəhəri üzrə müəssisələr üçün elektron növbə sisteminə qeydiyyat açılacaq.

2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Valideynlər www.bq.edu.az portalı vasitəsilə elektron kabinet yaradaraq, bir uşaq üçün maksimum üç müəssisə seçə biləcəklər. Sistemə daxil edilən növbələr ən azı 5 gün sonra boş yer olduğu halda sorğuya çevriləcək. Sorğu təsdiqləndikdən sonra valideyn 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks halda sorğu ləğv ediləcək və növbə növbəti uşaq üçün aktivləşdiriləcək.

Dövlət Agentliyi əlavə edib ki, ötən il yaradılan növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə olunub, lakin bu il üçün keçərli hesab olunmur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə zəhərlənən şəxslərin sayı 24-ə çatıb - Yenilənib
Cəmiyyət 11:50
Kürdəmirdə zəhərlənən şəxslərin sayı 24-ə çatıb - Yenilənib
Novxanıda dənizdə iki nəfər batıb
Cəmiyyət 11:00
Novxanıda dənizdə iki nəfər batıb
İranda zəlzələ olub
Cəmiyyət 08:56
İranda zəlzələ olub
Zuğulba şosesində maşın yanıb
Cəmiyyət 20:50
Zuğulba şosesində maşın yanıb
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Cəmiyyət 20:20
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
26 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 20:04
26 nömrəli marşrutun avtobusları yenilənir
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:02
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:42
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah 41° isti olacaq
Cəmiyyət 12:37
Sabah 41° isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol