Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb

Səbail rayon Məhkəməsində Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti 4 ay uzadılması barədə qərar verib. Bu barədə APA vəkil Bəxtiyar Hacıyev istinadla yazıb.
Əbülfəz Səricanov Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
Aytac
Son xəbərlər
Daha çox 