• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB

Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
11.07.2025 17:40

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin gücləndirilməsinin strateji prioritet olduğunu bildirib. Bu barədə o, səhiyyə sahəsində keçirilmiş müşavirədə çıxışı zamanı danışıb.

“Dövlət siyasətinə uyğun olaraq vətəndaşlarımız doğma torpaqlarına qayıdır. Biz isə bu dinamikanı dəstəkləmək üçün tibbi xidmətin təşkilində maksimum səylə çalışırıq,” – Qurbanov vurğulayıb.

TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, hazırda Ağalı, Laçın və Xocalıda tibb məntəqələri fəaliyyət göstərir. Şuşa, Füzuli və Zəngilanda isə modul tipli xəstəxanaların tikintisi aparılır. Gələcəkdə digər rayonlarda da yeni tibb müəssisələrinin qurulması planlaşdırılır.

“Uzun illər tibbi infrastrukturun mövcud olmadığı bu ərazilərdə indi sürətli, dayanıqlı və keyfiyyətli xidmətin təmin edilməsi əsas prioritetimizdir,” – Mustafayeva qeyd edib.

Müşavirədə təcili tibbi yardım xidmətləri ilə bağlı da islahatların davam etdiyi bildirilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol