• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib

MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
11.07.2025 17:43

Azərbaycanda yaxın həftələrdə keçiriləcək “Formula 1” və 3-cü MDB Oyunları ərəfəsində səhiyyə sistemində hazırlıq tədbirləri intensivləşdirilib. Bu barədə TƏBİB-in təşkil etdiyi müşavirədə məlumat verilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov bildirib ki, beynəlxalq tədbirlərin uğurla keçirilməsi üçün tibbi təminatın gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.

“MDB Oyunları səhiyyə sistemimiz üçün növbəti ciddi sınaq olacaq,” – Cəlalov qeyd edib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, həm də Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində keçiriləcəyini nəzərə alaraq, təcili tibbi yardım qruplarının marşrutlar üzrə formalaşdırılması, növbətçilik qrafiklərinin tərtib olunması və hazırlıq vəziyyətinin operativ şəkildə təşkilinə dair müəssisə rəhbərlərinə göstəriş verib.

Müşavirənin sonunda tibb müəssisələrində aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib və qısa müddətdə icrası tələb olunub.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol