• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib

Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib
14.07.2025 09:10

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Cəmiyyət 23:26
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Laçında baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb
Cəmiyyət 21:59
Laçında baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb
Ağdam və Füzulidəki yanğınlar söndürüldü- Yenilənib
Cəmiyyət 20:22
Ağdam və Füzulidəki yanğınlar söndürüldü- Yenilənib
Ağdamda ağır qəza- Yaralılar var
Cəmiyyət 20:15
Ağdamda ağır qəza- Yaralılar var
Qazaxda 2 maşın toqquşdu
Cəmiyyət 20:09
Qazaxda 2 maşın toqquşdu
Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq
Cəmiyyət 19:17
Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq
Şuşada yanğının səbəbi elektrik qısaqapanması olub
Cəmiyyət 18:14
Şuşada yanğının səbəbi elektrik qısaqapanması olub
Sabirabadda kanalda boğulan gəncin meyiti 16 km məsafədə tapılıb
Cəmiyyət 18:00
Sabirabadda kanalda boğulan gəncin meyiti 16 km məsafədə tapılıb
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Cəmiyyət 16:09
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol