• $
  • £

Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub



Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
14.07.2025 17:10

 

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. 

bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinə ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Bunu görə hadisə günü zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək onunla mübahisə edib. Rüfət Səfərov bundan sonra onu yaralayıb.

Rüfət Səfərov ittihamı qəbul etməyib, bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. Zərərçəkən qalan 6 sotu istəyib, lakin R.Səfərovun ailəsi onu satmayıb. Natiq İmanquliyevi də ilk dəfə hadisə günü görüb.

Proses sentyabrın 8-dək təxirə salınıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb
Cəmiyyət 20:11
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb
Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Cəmiyyət 18:52
Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Cəmiyyət 18:08
Son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Bakıda yeni metro stansiyası “20 Sentyabr” adlandırılıb
Cəmiyyət 17:47
Bakıda yeni metro stansiyası “20 Sentyabr” adlandırılıb
Azərbaycanda 13 ali məktəbdə plan yerləri tam dolub
Cəmiyyət 17:30
Azərbaycanda 13 ali məktəbdə plan yerləri tam dolub
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:24
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Cəmiyyət 16:31
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Sabahdan rayonlarda leysan yağacaq, şimşək çaxacaq- xəbərdarlıq
Cəmiyyət 16:12
Sabahdan rayonlarda leysan yağacaq, şimşək çaxacaq- xəbərdarlıq
Azərbaycanda vergi daxilolmaları 8 ayda 9,2% artıb
Cəmiyyət 15:38
Azərbaycanda vergi daxilolmaları 8 ayda 9,2% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol