• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib

Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
16.07.2025 16:57

Bakının Yasamal rayonunda kişi həyat yoldaşını odlu silahla güllələməyə cəhd edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

İyulun 16-da saat 13 radələrində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun ailə münaqişəsi zəminində arvadı Fərqanə Kərimovaya qarşı odlu silah tətbiq etməklə onu qəsdən öldürməyə cəhd etdiyi şübhəsi müəyyən edilib.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Vasif Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 21:06
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol