• $
  • £

PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib

PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
16.07.2025 17:38

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Əbu-Dabidə baş tutan 5 saatdan çox davam edən görüşü müsbət qiymətləndirib.

“Əbu-Dabi görüşü ilk dəfə idi ki, hər iki tərəf əvvəlcədən razılaşıb, konkret vaxt və yerdə danışıqlar aparmağa qərar verdi,” —  Paşinyan bildirib.

O əlavə edib ki, bu təşəbbüs onun tərəfdən gəlib və əvvəlki görüşlərdə, məsələn, Tiranada müzakirə olunsa da, geniş nəticələr əldə edilməyib.

Baş nazir Əbu-Dabidə görüşün keçirilməsinə BƏƏ prezidentinin vasitəçiliyi ilə nail olunduğunu qeyd edib və buna görə təşəkkürünü ifadə edib.

Paşinyan görüşün konkret nəticələri barədə danışmaq üçün hələ vaxtın erkən olduğunu söyləyib:

“Əgər nəticələr müsbətdirsə, zamanla görəcəyik. Hələlik yalnız ideyalar müzakirə olunub və tərəflər onlardan bəzilərini müsbət qiymətləndirirlər.”

O vurğulayıb ki, münasibətlərin normallaşması istiqamətində müzakirələr Əbu-Dabi formatında davam etdiriləcək.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol