• $ 1.7
  • € 1.9762
  • ₽ 0.021788
  • ₺ 0.0423
  • £ 2.2772

Altı ayda 44 milyondan çox xidmət göstərilib - Agentlik

Altı ayda 44 milyondan çox xidmət göstərilib - Agentlik
18.07.2025 10:00

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda icbari tibbi sığorta çərçivəsində 44.2 milyondan çox tibbi xidmət göstərilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.


Agentliyin statistikasına əsasən, 3.6 milyon nəfər yanvar-iyun aylarında 12.3 milyon dəfə tibbi müəssisələrə müraciət edib. Bu, ölkə əhalisinin təxminən 38%-nin sığorta xidmətlərindən yararlandığını göstərir. Ümumi tibbi xidmətlərin 87%-i ambulator, 13%-i isə stasionar şəraitdə həyata keçirilib.
Ən çox xidmət göstərən tibb müəssisələri sırasında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb MərkəziRespublika Klinik Xəstəxanası ilk beşlikdə yer alır.


Müraciətlərin əsas səbəbləri arasında ümumi tibbi müayinələr, endokrin, tənəffüs, qan dövranısidik-cinsiyyət sistemləri xəstəlikləri üstünlük təşkil edib.


Hesabata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 18.5 milyondan çox laborator tibbi xidmət göstərilib. Bu xidmətlərin 85%-i ambulator, 15%-i stasionar müalicə çərçivəsində olub. Ən çox icra olunan laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qlükoza testi, kreatinin səviyyəsinin ölçülməsiprotrombin vaxtı (PT) testi daxildir.
Müqaviləli tibb müəssisələrində xidmətlər
Dövlət müəssisələrində icrası mümkün olmayan tibbi prosedurlar üçün vətəndaşlara 154 987 göndəriş verilib.

Nəticədə yanvar-iyun aylarında 64 983 əməliyyat və prosedur müqaviləli tibb müəssisələrində icra olunub. Bu xidmətlərin 1 192-si uşaqlara, 63 791-i isə böyüklərə göstərilib.


Əməliyyatların bölgüsü belədir:
• 29 001 – invaziv radiologiya
• 18 289 – oftalmoloji xidmətlər
• 7 675 – ürək-damar cərrahiyyəsi
Altı ay ərzində 80 orqan transplantasiyası icra olunub. Onların 56%-i böyrək, 38%-i qaraciyər, 6%-i isə sümük iliyi transplantasiyası təşkil edib.


Agentlik qeyd edir ki, tibbi xidmətlərin elektron reyestrdə qeydiyyatı və icrası il ərzində davam etdiriləcək.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 17:35
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq
Cəmiyyət 17:06
İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq
Bakı Təhsil İdarəsinin rəhbəri Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib
Cəmiyyət 16:59
Bakı Təhsil İdarəsinin rəhbəri Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib
Gilas bağlarında zərər artıb - fermerlər narazıdır
Cəmiyyət 16:45
Gilas bağlarında zərər artıb - fermerlər narazıdır
Bakıda “Sea Breeze” istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır
Cəmiyyət 16:35
Bakıda “Sea Breeze” istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır
Pomidor əkmək adıyla istixanada 881 kq narkotik yetişdirib
Cəmiyyət 16:06
Pomidor əkmək adıyla istixanada 881 kq narkotik yetişdirib
Audiovizual Şura “Xəzər TV”yə cinsi ayrı-seçkiliklə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:48
Audiovizual Şura “Xəzər TV”yə cinsi ayrı-seçkiliklə bağlı xəbərdarlıq edib
Azərbaycan Suriyada sülhün və sabitliyin təmin olunmasını vacib sayır – XİN
Cəmiyyət 15:42
Azərbaycan Suriyada sülhün və sabitliyin təmin olunmasını vacib sayır – XİN
Bu il narkotiklə bağlı 4675 cinayət faktı aşkarlanıb
Cəmiyyət 15:39
Bu il narkotiklə bağlı 4675 cinayət faktı aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol