• $
  • £

Heç vaxt işğalla barışmayın - Prezident ukraynalı jurnalistə cavab verib

Heç vaxt işğalla barışmayın - Prezident ukraynalı jurnalistə cavab verib
19.07.2025 18:07

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynalı jurnalistin "İşğal altında olan Ukraynaya nə məsləhət verərdiniz? sualına "heç vaxt işğalla barışmayın" cavabını verib.

"Ədalət mövcuddur və bunun üçün sən hər zaman çalışmalısan. Belə olan halda nəticə ala bilərsən. Azərbaycan Ermənistanla baş verən Qarabağ münaqişəsi dövründə ciddi humanitar və siyasi sınaqlardan keçib.

Qarabağ müharibəsində böyük itkilər verdik. Münaqişədən sonrakı dövr heç də asan olmadı. Təxminən 1 milyon insan doğma yurd-yuvasından didərgin düşdü,” –  Prezident Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, həmin çətin mərhələdə Azərbaycanın beynəlxalq dəstəyi yox idi və ölkə dərin siyasi və sosial böhran yaşayırdı.

“Çətin günlərdən keçirdik. Belə bir vəziyyətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi,” – Əliyev əlavə edib.

Prezident Əliyev Ukrayna xalqına da mesaj ünvanlayaraq bildirib.

“Heç vaxt işğalla barışmayın",- Əliyev deyib.

 O, Azərbaycanın öz torpaqlarını beynəlxalq hüquqa uyğun şəkildə azad etdiyini xatırladaraq, siyasi iradə və milli həmrəyliyin vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol