Qarabağda 711 nəfər peşə təlimlərinə cəlb olunub

İndiyə kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən "Böyük Qayıdış" çərçivəsində 711 nəfər peşə təhsili təlimlərinə cəlb olunub. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 21-də mətbuat üçün keçirilən brifinqdə deyib.
Ümumilikdə 42 ixtisas üzrə 633 təlim keçirilib.
Təlimlər ixtisaslara uyğun olaraq 2-4 ay davam edib.
Qarabağda üç min nəfər şəxsin peşə təhsil üzrə ödənişi dövlət büdcəsi hesabına ödəniləcək. Bunun üçün 3,5 milyon manat vəsait nəzərdə tutulub.
Qarabağda ümumilikdə 8 peşə məktəbinin tikilməsi planlaşdırılır
Gülnar Nazimqızı