• $
  • £

Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib

Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib
24.07.2025 11:06

İtaliyanın enerji şirkəti Eni, daxili yoxlamalar zamanı emal zavodlarına daxil olan Azərbaycan mənşəli xam neftin bəzi partiyalarında xlororganik maddələr aşkarlandığını bildirib.

Şirkətin Bloomberg-ə verdiyi açıqlamaya görə, bu kimyəvi birləşmələr hasilat prosesində istifadə olunsa da, yüksək konsentrasiyada neft emalı avadanlıqlarına ciddi ziyan vura bilər.

Eni bildirib ki, artıq sistemə daxil olan xammal partiyaları ekoloji və texniki standartlara uyğun şəkildə, risk yaratmadan emal ediləcək.

BTC Blend markalı neftin əsas ixrac marşrutu olan Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə gündəlik orta hesabla 575 min barel neft göndərilir. 

Bu infrastruktura BP-nin rəhbərlik etdiyi BTC Co. nəzarət edir.

Hazırda xlorid çirklənməsi fonunda Azərbaycan nefti son dörd ilin ən aşağı qiymətləri ilə satılır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol