İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada həlak olub.
“Report”un məlumatına görə, Hüseynov Arif Dəmir oğlu “VAZ 2106” markalı avtomobillə Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Vahidova Göyçək Məhəmmədəli qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.