Şuşada yanğının səbəbi elektrik qısaqapanması olub

Şuşanın Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbinin elektrik dirəyindəki qısaqapanma olduğu bildirilir. Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə nəzarətə alınıb və 4 hektar otlaq sahəsində alovun yayılması qarşısı alınıb. Yanğının meşə ərazisinə keçməsinə imkan verilməyib.