• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Üzərlik bitkisi ilə sərhədi keçməyə cəhd edənlərə xəbərdarlıq olunub

Üzərlik bitkisi ilə sərhədi keçməyə cəhd edənlərə xəbərdarlıq olunub
30.07.2025 11:46

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artıb. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülüb. Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir: "Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir".

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.

Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 11:49
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
Cəmiyyət 11:35
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
Cəmiyyət 11:26
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Cəmiyyət 11:16
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Cəmiyyət 11:04
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Cəmiyyət 10:25
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Cəmiyyət 10:23
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 10:08
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Cəmiyyət 23:05
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol