• $
  • £

Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq

Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
30.07.2025 13:23

Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya ixracına avqustun 2-də start veriləcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

“Şənbə günü, avqustun 2-də Azərbaycan qazını Kils vasitəsilə Hələbə ixrac etməyə başlayacağıq”, – o, Anadolu agentliyinə bildirib.

İlkin mərhələdə Suriyaya illik 1,2 milyard kubmetr qaz ixrac olunacaq. Qaz əsasən Hələb və Homs vilayətlərindəki istilik elektrik stansiyalarında istifadə ediləcək.

Layihənin məqsədi müharibədən zərər çəkmiş enerji infrastrukturunun bərpasına dəstək verməkdir.

Qaz Kils şəhərindən Suriyanın sərhədinə qədər çəkilmiş boru kəməri vasitəsilə ötürüləcək. Türkiyə tərəfi boru kəmərinin tikintisini, Suriya isə texniki qoşulmaları başa çatdırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İqtisadiyyat 15:45
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
İqtisadiyyat 12:53
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
İqtisadiyyat 10:02
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - məzənnə
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol