• $
  • £

SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya qaldırmağı planlaşdırır

SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya qaldırmağı planlaşdırır
31.07.2025 10:18

SOCAR -a məxsus əsas aktivlərdən biri olan SOCAR Terminal yalnız konteyner limanı olmaqla kifayətlənmir, həm də dayanıqlılıq, texnologiya və strateji yerləşmə baxımından müasir logistika mərkəzinə çevrilməkdədir. Belə ki, 2024-cü ildə terminal tərəfindən gəmi qəbulu bir il əvvələ nisbətən 13% artıb. Ötən il terminal 630 gəmi qəbul edib. Bu barədə şirkətin Baş direktoru Uğur Değirmenci məlumat verib.

Egey bölgəsində yerləşən SOCAR Terminal Türkiyənin ən böyük konteyner terminalıdır və hökumətin milli logistika strategiyalarına uyğun olan “Böyük Həcmli Sərmayə Təşviqi Sertifikatı”na malikdir.

“Qlobal ticarət mühitində, dərin sularda yerləşən körpülərimiz sayəsində ULCS tipli ultra-böyük konteyner gəmilərini qəbul edə bilirik. Bu isə bizə yalnız regionda deyil, beynəlxalq səviyyədə də rəqabət üstünlüyü verir,” –  Değirmenci bildirib.

Rekord göstəricilər və artım

2024-cü ildə SOCAR Terminal 630 gəmi qəbul edib, bu isə əvvəlki illə müqayisədə 13% artım deməkdir.

“Bu artım bölgənin artan ticarət qabiliyyəti və bizim tələbatı qarşılamağa hazır olduğumuzu göstərir,” –  o əlavə edib.

Terminal Türkiyənin qərb bölgəsində idxal-ixrac və sənaye logistikası sahəsində mühüm rol oynayır.

Onun fəaliyyəti yalnız yük boşaltmaqla məhdudlaşmır.

Tutum və infrastruktur

Hazırda 1,5 milyon TEU-luq quraşdırılmış tutuma malik terminal 320 min kvadratmetrlik sahədə yerləşir və 18,5 metr dərinliyə sahib körpülərlə təchiz olunub.

700 metrlik körpü dünyanın ən böyük gəmilərini qəbul etməyə imkan verir. SOCAR Terminal tam avtomatlaşdırılmış konteyner idarəetmə sistemi ilə təchiz olunub, bu da səmərəliliyi artırır və dövriyyə vaxtını azaldır.

Terminalın maksimum yükaşırma qabiliyyəti 1,5 milyon TEU-dur. Amma hazırda limanda olan avadanlıqların potensialı 600 min TEU təşkil edir.

Hazırda şirkət  bu avadanlıq potensialını 1 milyon TEU-ya qaldırmağı planlaşdırır. 

Ətraf mühitə bağlılıq

Değirmenci terminalın ekoloji yönümlü fəaliyyətini vurğulayaraq karbon emissiyalarının azaldılması üçün atılan addımları qeyd edib.

 “Karbon izinin hesablanması üçün ISO 14064-1:2018 standartlarına uyğun fəaliyyət göstəririk. Günəş enerjisi və daha səmərəli liman avadanlıqları üzərində işləyirik,” – o bildirib.

“Biz təkcə liman idarə etmirik, həm də dayanıqlılıq, texnologiya və strateji baxış əsasında inteqrasiya olunmuş logistika platforması qururuq,” –  o əlavə edib.

Hazırladı: N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İqtisadiyyat 15:45
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
İqtisadiyyat 12:53
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
İqtisadiyyat 10:02
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - məzənnə
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol