• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib

2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
31.07.2025 11:26

Azərbaycan 2025-ci ilin yanvar-iyununda əsas ticarət tərəfdaşlarına 1,275 milyard ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Altı ay ərzində Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar və Ukraynaya 95,8 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Təkcə iyunda bu ölkələrə ümumilikdə 251,2 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulu ixrac edilib. Ən çox ixrac Rusiya (143,1 milyon dollar) və Türkiyəyə (35,9 milyon dollar) yönəlib.

İlin ilk yarısında qeyri-dövlət ixracatçıları arasında ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani", "Baku Steel Company" QSC və "Export Stream" MMC kimi şirkətlər yer alıb.

Dövlətə məxsus ixracatçılar arasında liderlik Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsusdur. Siyahıda həmçinin “SOCAR Polymer”, “AzerGold”, “Azəralüminium” və “Azərbaycan Dəmir Yolları” kimi şirkətlər də təmsil olunub.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol