SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin ikinci rübündə 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edib. Bu barədə şirkət məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft emalı 0,2% və ya 3,5 min ton, qaz emalı isə 11,1% və ya 95,6 milyon kubmetr azalıb.
Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma deməkdir.
Aytac