• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Nazirlik xanəndənin ölümü ilə bağlı nekroloq yayıb

Nazirlik xanəndənin ölümü ilə bağlı nekroloq yayıb
01.08.2025 09:56

Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat edib.

Bununla bağlı Mədəniyyət Nazirliyi nekroloq yayıb. 

“Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Görkəmli xanəndə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, professor,muğam sənətinin tanınmış ustadı Arif İmran oğlu Babayev ömrünün 87-ci ilində vəfat edib.

Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlayıb.

1953–1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır. O, “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Seygah”, “Qarabağ şikəstəsi” kimi klassik muğamların mahir ifaçısı kimi tanınıb.

Muğam sənətində qazandığı yüksək nailiyyətlərlə yanaşı, Arif Babayev uzun illər ərzində pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında çalışaraq, muğam sənətinin yeni nəsil ifaçılarının yetişdirilməsində müstəsna rol oynayıb. Onun yetirmələri bu gün Azərbaycanın və dünyanın müxtəlif səhnələrində uğurla çıxış edirlər.

Arif Babayevin çoxşaxəli yaradıcılığı, milli musiqimizin zəngin irsinin qorunub yaşadılması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülüb.

Böyük xanəndə, gözəl pedaqoq, əsl sənətkar və ziyalı insan Arif Babayevin parlaq xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!”, - nekroloqda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol