• $
  • £

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi
01.08.2025 11:55

 


2025-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 77,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkənin xarici dövlət borcunu təxminən 15,5 dəfə üstələyir. Bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunur.

Hesabata əsasən, hazırda mövcud olan kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddəti 5,4 il təşkil edir.

2025-ci il iyulun 1-nə xarici dövlət borcunun valyuta strukturunda ABŞ dolları üstünlük təşkil edir – 85,1 faiz. 

Avro ilə borcun payı 6,5 faiz, Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (XBH) ilə 3,4 faiz, digər valyutalarla isə 1,7 faiz olub.

Nazirlik həmçinin bildirir ki, cari ilin birinci yarısında dövlət büdcəsi hesabına xarici borclar üzrə ümumilikdə 293,3 milyon ABŞ dolları əsas borc və 117,8 milyon ABŞ dolları faiz ödənişi həyata keçirilib.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İqtisadiyyat 15:45
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
İqtisadiyyat 12:53
Qeyri-iş günlərində Azərbaycanda 4,5 mindən çox sığorta hadisəsi qeydə alınıb
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
İqtisadiyyat 10:02
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - məzənnə
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol