• $
  • £

SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib


SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
01.08.2025 14:41

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib.

istiqraz sahiblərinin hesablarına 1 milyon 125 min ABŞ dolları köçürülüb və onların ümumi faiz gəlirləri 16,875 milyon dollara çatıb.

Bu məbləğ yekunda 22,5 milyon ABŞ dolları təşkil edəcək. Növbəti kupon ödənişi noyabrın 1-də olacaq. 

İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Bunlar, illik gəlirliliyi 4,5 % təşkil edən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazdır.

Bu il martın 7-də isə SOCAR 200 milyon ABŞ dolları dəyərində "Yaşıl istiqraz"ları tədavülə buraxıb. İllik gəlirliliyi 6 % olan, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min istiqraza görə ilk kupon ödənişi iyunun 7-də baş tutub (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).

SOCAR istiqrazları 9 ilə yaxındır ki, "Bakı Fond Birjası" QSC-də (BFB) ən çox ticarət olunan korporativ qiymətli kağızdır. Onlarla BFB-də 76 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1 430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyə qədər şirkət vətəndaşlara və investorlara 44 milyon 875 min ABŞ dolları faiz ödəyib.

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlamaq və yaxud socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət etmək lazımdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol