• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək

DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək
03.08.2025 09:29

Bu gün 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil ediləcək.

DİM-dən bildirilib ki, Bakıda 111, Naxçıvanda 3 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. 10 tapşırıq musiqi nümunələrinin təyin edilməsi, 20 tapşırıq isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

Saat 16:00-da başlanacaq imtahan 1 saat davam edəcək. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsini və şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda o, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları gətirmək və onlardan istifadə etmək qadağandır

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aran rayonlarında 41 dərəcə isti olub
Cəmiyyət 09:35
Aran rayonlarında 41 dərəcə isti olub
Qaxın 15 kəndində işıq olmayacaq
Cəmiyyət 09:31
Qaxın 15 kəndində işıq olmayacaq
Azərbaycan Media Agentliyi News24.az saytına xəbərdarlıq edib
Cəmiyyət 07:45
Azərbaycan Media Agentliyi News24.az saytına xəbərdarlıq edib
Qarabağ müharibəsi veteranı Tərtərdə həmkəndlisinə atəş açıb
Cəmiyyət 07:41
Qarabağ müharibəsi veteranı Tərtərdə həmkəndlisinə atəş açıb
Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 23:00
Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb
DİN: İstirahət zonalarında 9 oğurluq faktı üzrə 6 nəfər saxlanılıb
Cəmiyyət 22:00
DİN: İstirahət zonalarında 9 oğurluq faktı üzrə 6 nəfər saxlanılıb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Cəmiyyət 20:30
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Şəmkirdə çay evi yanıb
Cəmiyyət 20:00
Şəmkirdə çay evi yanıb
Naxçıvanda Günnüt kəndində dağlıq ərazidə otluq sahədə yanğın olub
Cəmiyyət 19:00
Naxçıvanda Günnüt kəndində dağlıq ərazidə otluq sahədə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol