• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

ışıq

ışıq
05.08.2025 11:02

Son bir ayda işığın davamlı olaraq sönməsi ilə bağlı müxtəlif müraciətlər daxil olur. Fərqli-fərqli ərazilərdə hər gün işığın kəsildiyini insanlar sosial şəbəkə hesablarında yazırlar. 

Şikayətçi Fəridə Abdulla bildirir ki, iyulda az qala hər axşam işıqları sönür.

"İstidə oturmaqdan bezdik. Avqust da gəldi, bu problemi həll etmədilər. Bütün Biləcəri qaranlığa qərq olub. Bu nə vaxta kimi belə olacaq? Evdəki texnika xarab olsa kompensasiya verəcəksiniz?",- Abdulla bildirib.

Xocahəsən sakini Tural Əlisoy isə bütün qəsəbənin bu gündə olduğunu söyləyir.

"Xocəsəndə də belədir. Mən maşınımı enerji yığmağa qoya bilmirəm, işığın gücü çatmır. Rəsmi məktub yazdım, hələ də cavab verməyiblər. 2025-ci ildə belə şeylərin olması sadəcə yeyintidən başqa bir şey deyil",- Əlisoy vurğulayıb.

Vətəndaş Tamira İbrahimdə Pirşağıda hazırda işığın olmamasından şikayətçidir.

"Dünəndən 4-5 dəfə söndürüblər. İyulda da 3-4 gündən bir sönürdü. Çaydan və mikrodalğalı sobamız da yanıb",- o bildirib

Milli Məclisin deputatı Razi Nurullayev bildirir ki, işıq, su kimi sosial problemlər ciddi narahatlıq yaradır.

"İşıqların sönməsi ilə bağlı adiyyatı qurumlar addım atmağa çalışırlar. Amma nəticə çox zəifdir. İnsanlar narazıdır. Ümumiyyətlə Azərbaycanda elektrik şəbəkələri yenidən qurulub. Ölkəmiz  elektrik enerjisini artıq ixrac edir. Elektrik enerjisi ilə bağlı ölkə olaraq problemimiz yoxdur. İşıqların sönməsi ilə bağlı problemin yaranması köhnə işıq xətləri, transformatorlardır.  Onlar yenilənməlidir. İsti də düşüb. Hər kəs evində soyuducu, kondisioner, sərinkeşdən istifadə edir. Yəqin bu da elektrik kabellərini sıradan çıxarır. Mən Novxanıda yaşayıram, burada da işıqlar gün ərzində bir neçə dəfə keçir. Yəqin ki xətlər yüklənir. Qurum həll etməyə çalışır. O baxımdan müəyyən zaman lazımdır ki, köhnə xətlərin hamısı yenilənsin",- deputat bildirib.

Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aqrar sığorta ödənişləri 4,4 milyon manatı ötüb
Cəmiyyət 12:37
Azərbaycanda aqrar sığorta ödənişləri 4,4 milyon manatı ötüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Əliyev Yamaykanın Müstəqillik Günü münasibətilə Baş naziri təbrik edib
Cəmiyyət 12:00
Əliyev Yamaykanın Müstəqillik Günü münasibətilə Baş naziri təbrik edib
İyulda 118 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, 3 nəfər ölüb
Cəmiyyət 11:25
İyulda 118 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, 3 nəfər ölüb
7 ayda 56 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib
Cəmiyyət 11:15
7 ayda 56 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib
Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, 4 əsgər yaralanıb
Cəmiyyət 11:14
Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, 4 əsgər yaralanıb
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayıb
Cəmiyyət 11:05
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayıb

Ötən ay 20 nəfəri ilan sancıb
Cəmiyyət 10:32
Ötən ay 20 nəfəri ilan sancıb

Bakıda 40 dərəcə isti olub
Cəmiyyət 10:05
Bakıda 40 dərəcə isti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol