• $
  • £

Əfqanıstanda aclıq çəkən uşaqların say artıb - BMT

Əfqanıstanda aclıq çəkən uşaqların say artıb - BMT
05.08.2025 11:06

Əfqanıstanda uşaqlar arasında aclıq hallarında müşahidə tarixində ən kəskin artım qeydə alınıb. Bu barədə  BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatına əsasən CNN  xəbər verib.

Qurumun hesablamalarına əsasən, ölkə əhalisinin dörddə biri — təxminən 10 milyon nəfər — ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Hər üç uşaqdan biri xroniki qidalanma çatışmazlığı səbəbindən inkişafdan geri qalır.

Son iki ildə humanitar yardımın azalması vəziyyəti daha da pisləşdirib. ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci ilin aprelində Əfqanıstana ərzaq yardımlarını tamamilə dayandırıb.

Əlavə olaraq, İrandan və digər qonşu ölkələrdən deportasiya olunan əfqan miqrantlarının kütləvi qayıdışı da ərzaq təhlükəsizliyinə təzyiqləri artırıb. Son iki ayda WFP İrandan qayıdan 60 min nəfərə yardım göstərib.

Proqramın nümayəndəsi Ziyəddin Safi bildirib ki, bu kateqoriyaya daxil olanlara yardım üçün 15 milyon dollar, ümumilikdə isə  2026-cı ilin yanvarına qədər ən həssas təbəqələrin dəstəyi üçün 539 milyon dollar tələb olunur.

"Eyni zamanda, ölkədə quraqlıq, su qıtlığı, məhsuldar torpaqların itirilməsi və daşqınlar ərzaq böhranını daha da dərinləşdirir", -  Ekologiya Agentliyinin rəhbəri Mətiulla Xalis bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol