• $ 1.7
  • € 1.9888
  • ₽ 0.020028
  • ₺ 0.0412
  • £ 2.2995

"Saç yeyən uşaq" əməliyyat olunub

"Saç yeyən uşaq" əməliyyat olunub
07.08.2025 10:12

30 iyul 2025-ci il tarixində Qax rayon sakini, 2016-cı il təvəllüdlü 9 yaşlı qız Kliniki Tibbi Mərkəzə qarın ağrısı, ürəkbulanma və iştahsızlıq şikayətləri ilə yerləşdirilib. Radioloji müayinələr nəticəsində uşağa tirixofagiya – mədədə saç kütləsi (bezoar) diaqnozu qoyulub. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Pasiyent Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib və şöbə müdiri İlqar Haqverdiyev ilə cərrah Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı aparılıb. Əməliyyat zamanı mədədən saç kütləsi uğurla xaric edilib.

Hazırda uşağın vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Mütəxəssislərin bildirdiyinə görə, tirixofagiya adətən psixoloji pozuntu nəticəsində yaranır və bu zaman uşaq öz saçlarını və ya ətrafda olan tükləri yeyir. Uzun müddət ərzində bu vərdiş mədədə böyük həcmli tük kütləsinin yığılmasına səbəb olur və nəticədə həzm pozuntuları, qarında şişkinlik, iştahsızlıq və qusma kimi əlamətlər müşahidə edilir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:46
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Ötən yeddi ayda ölüm sayı açıqlanıb
Cəmiyyət 12:38
Ötən yeddi ayda ölüm sayı açıqlanıb
Azərbaycan dili və tarixi kitabları uşaqların yaşına uyğun yazılmır - Nazir
Cəmiyyət 12:01
Azərbaycan dili və tarixi kitabları uşaqların yaşına uyğun yazılmır - Nazir
Təhsildə qeyri-kafidən kafiyə gedən yolu bitirmişik,yaxşıya doğru gedirik - Nazir
Cəmiyyət 11:47
Təhsildə qeyri-kafidən kafiyə gedən yolu bitirmişik,yaxşıya doğru gedirik - Nazir
AQTA: Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoyub
Cəmiyyət 11:33
AQTA: Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoyub
Dördüncü sinif şagirdlərinin riyaziyyat qiymətləndirməsinin nəticələri açıqlanıb
Cəmiyyət 11:29
Dördüncü sinif şagirdlərinin riyaziyyat qiymətləndirməsinin nəticələri açıqlanıb

Bakı metrosunda interval endirilir
Cəmiyyət 11:23
Bakı metrosunda interval endirilir
Qiymətləndirmə nəticələrində qızlar oğlanları üstələyib
Cəmiyyət 11:20
Qiymətləndirmə nəticələrində qızlar oğlanları üstələyib
Rus bölməsində oxuyan şagirdlərin səviyyəsi daha zəifdir
Cəmiyyət 11:19
Rus bölməsində oxuyan şagirdlərin səviyyəsi daha zəifdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol