• $ 1.7
  • € 1.9916
  • ₽ 0.020295
  • ₺ 0.0412
  • £ 2.3021

Bəxtiyar Hacıyevin hüquqları kobud şəkildə pozulur- Vəkil

Bəxtiyar Hacıyevin hüquqları kobud şəkildə pozulur- Vəkil
08.08.2025 13:46

İctimai fəal Bəxtiyar Hacıyevin hüquqları kobud şəkildə pozulur.  Bunu anews.az-a açıqlamasında onun vəkili Elçin Sadıqov məlumat verib. 

Vəkilin sözlərinə görə, digər məhkumlara yaradılan şərait Bəxtiyar Hacıyevə yaradılmır.

"Ayrıseçkilik edilir. Biz dəfələrlə bütün dövlət orqanlarına şikayət etmişik. Hələki müsbət heç nə yoxdur. Sonuncu dəfə təxminən 10 gün olar görüşmüşük. Ümumiyyətlə səhhəti ilə də bağlı problemləri var. Həkim müayinəsindən də keçirilmir",- vəkil vurğulayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  "xuliqanlıq” (CM-nin 221-ci maddəsi) və "məhkəməyə hörmətsizlik” (CM-nin 289-cu maddəsi) nəzərdə tutan maddələri ilə  ittiham olunur.

Bu ilin iyulunda onun ittiham olunduğu maddələrin üzərinə  192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri də əlavə edilib.
 
Noyabrda isə o əlavə olaraq Cinayət Məcəlləsinin 213.1 (vergiləri, işsizlikdən sığorta ödənişlərini, icbari tibbi və sosial sığortanı ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub.

Bəxtiyar Hacıyev  ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və siyasi motivlərlə  həbs olunduğunu bəyan edib. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
 
Bəxtiyar Hacıyev ABŞ-nın Harvard universitetinin məzunudur. Bu universiteti beynəlxalq münasibətlər ixtisası üzrə bitirib və vətənə qayıdandan sonra əsasən hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 
 
Aytac Zeynalova

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcər və Laçına qar yağıb - Video
Cəmiyyət 00:35
Kəlbəcər və Laçına qar yağıb - Video
Qubada sel körpünü aparıb - Video
Cəmiyyət 23:03
Qubada sel körpünü aparıb - Video
Buzovnada taxta tullantılarının olduğu ərazidə yanğın olub
Cəmiyyət 21:09
Buzovnada taxta tullantılarının olduğu ərazidə yanğın olub
Neftçalada 1 yaşlı körpə anasının qucağından düşərək ölüb
Cəmiyyət 20:00
Neftçalada 1 yaşlı körpə anasının qucağından düşərək ölüb
Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi məlum olub
Cəmiyyət 18:25
Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi məlum olub
Naxçıvana leysan və dolu yağır
Cəmiyyət 17:25
Naxçıvana leysan və dolu yağır
“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur
Cəmiyyət 17:04
“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur
На суде раскрыты новые факты обстрелов армянами азербайджанских сел в 1990 году
Cəmiyyət 15:20
На суде раскрыты новые факты обстрелов армянами азербайджанских сел в 1990 году
Həftəsonuna qədər küləkli hava davam edəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 14:58
Həftəsonuna qədər küləkli hava davam edəcək -XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol