• $
  • £

İranda reysdən çıxan qatarda 30 nəfər xəsarət alıb

İranda reysdən çıxan qatarda 30 nəfər xəsarət alıb
08.08.2025 15:18

İranın cənub-şərqində, Kerman-Zərənd dəmir yolu xəttində qatarın relsdən çıxması nəticəsində 30 nəfər xəsarət alıb.

Qızıl Aypara Cəmiyyətinin yardım və xilasetmə təşkilatının rəhbəri Babək Mahmudi bildirib ki, hadisə zamanı 30 nəfər yaralanıb.

Milli Dəmir Yolu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, texniki heyət və xilasetmə xidmətləri hadisə yerinə vaxtında çataraq bütün sərnişinlərin təhlükəsiz şəkildə qatarı tərk etməsini təmin edib.

Qatarda ümumilikdə 450 sərnişinin olduğu bildirilib. Ölənlər barədə məlumat yoxdur.

2022-ci ilin iyununda İranın mərkəzində Tabas şəhəri yaxınlığında qatar relsdən çıxaraq 21 nəfərin ölümünə səbəb olmuşdu. 2016-cı ildə isə İranın şimalında iki qatarın toqquşması və alovlanması nəticəsində 44 nəfər həlak olmuşdu.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol