• $ 1.7
  • € 1.9916
  • ₽ 0.020295
  • ₺ 0.0412
  • £ 2.3021

Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır

Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır
08.08.2025 16:20

“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.

Hazırda təmir işləri yolun 97,7-ci km-dən 104,5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparılır. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Culfada qəzada 4 polis həlak oluB
Cəmiyyət 10:09
Culfada qəzada 4 polis həlak oluB
Kəlbəcər və Laçına qar yağıb - Video
Cəmiyyət 00:35
Kəlbəcər və Laçına qar yağıb - Video
Qubada sel körpünü aparıb - Video
Cəmiyyət 23:03
Qubada sel körpünü aparıb - Video
Buzovnada taxta tullantılarının olduğu ərazidə yanğın olub
Cəmiyyət 21:09
Buzovnada taxta tullantılarının olduğu ərazidə yanğın olub
Neftçalada 1 yaşlı körpə anasının qucağından düşərək ölüb
Cəmiyyət 20:00
Neftçalada 1 yaşlı körpə anasının qucağından düşərək ölüb
Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi məlum olub
Cəmiyyət 18:25
Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi məlum olub
Naxçıvana leysan və dolu yağır
Cəmiyyət 17:25
Naxçıvana leysan və dolu yağır
“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur
Cəmiyyət 17:04
“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur
На суде раскрыты новые факты обстрелов армянами азербайджанских сел в 1990 году
Cəmiyyət 15:20
На суде раскрыты новые факты обстрелов армянами азербайджанских сел в 1990 году
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol