• $
  • £

Deputat: Əliyevin Vaşinqton səfəri regionun gələcəyi üçün mühüm mərhələdir

Deputat: Əliyevin Vaşinqton səfəri regionun gələcəyi üçün mühüm mərhələdir
09.08.2025 13:12

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Bakı–Vaşinqton əlaqələrinin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Bunu deputat Zaur Şükürov bildirib.


Onun sözlərinə görə, Azərbaycanın regionun əsas tranzit mərkəzlərindən biri olması və Orta Dəhliz üzərində yerləşməsi, habelə 2020-ci ildə torpaqların işğaldan azad edilməsindən sonra sülh gündəliyinin irəli sürülməsi səfərin strateji əhəmiyyətini artırır.

Şükürov qeyd edib ki, Azərbaycan 2020-ci ildəki müharibə və sonrakı hərbi əməliyyatlar nəticəsində suverenliyini tam bərpa edib.

O, həmçinin 2022-ci ildə Bakının sülh müqaviləsi üzrə təqdim etdiyi beş baza prinsipini xatırladıb və 2025-ci ilin martında yekun mətnin razılaşdırıldığını vurğulayıb.

Deputat bildirib ki, Vaşinqton görüşündə imzalanan birgə bəyanat çərçivəsində Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, o cümlədən Minsk Qrupunun ləğvi və konstitusiyadan ərazi iddialarının çıxarılması.

Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq da əldə olunub.

Onun fikrincə, sənəd regionda yeni status-kvonu təsdiqləyir və beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, mövcud reallığı qəbul edir.



Deputat Zaur Şükürov bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri iki ölkə arasında enerji, nəqliyyat, ticarət, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirə bilər.

Onun sözlərinə görə, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan-ABŞ münasibətlərində enerji əməkdaşlığı ön planda olub. Şükürov həmçinin 1992-ci ildə qəbul edilən “Azadlığa Yardım Aktı”na əlavə edilmiş 907-ci düzəlişin ikitərəfli əlaqələrə mənfi təsir göstərdiyini, lakin 2001-ci ildən etibarən bu düzəlişin tətbiqinin hər il dayandırıldığını xatırladıb.

Deputat bildirib ki, səfər çərçivəsində Strateji İşçi Qrupunun yaradılması və 907-ci düzəlişin tətbiqinin yenidən dayandırılması barədə qərar qəbul edilməsi Bakı-Vaşinqton münasibətlərinin inkişafına təkan verə bilər.

Şükürov hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artacaq və ölkənin beynəlxalq nəqliyyat və enerji qovşağı kimi əhəmiyyəti möhkəmlənəcək. Onun fikrincə, bu səfər həm də regionda sülh təşəbbüslərinin dəstəklənməsi və iqtisadi inteqrasiyanın təşviqi baxımından əhəmiyyətlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol