• $
  • £

Prezident Şavkat Mirziyoyevə zəng edib

Prezident Şavkat Mirziyoyevə zəng edib
09.08.2025 19:25

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.

Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.

Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol