• $
  • £

İran Zəngəzur dəhlizinin açılmasına mane olacaq

İran Zəngəzur dəhlizinin açılmasına mane olacaq
09.08.2025 22:29

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bu təşəbbüsə ya Rusiya ilə birgə, ya da təkbaşına mane olmağa çalışacaq.

“Azad İran” teleqram kanalının yaydığı məlumata görə, Vilayəti dəhlizin regional geosiyasi tarazlığı dəyişəcəyini və sərhədlərin yenidən çəkilməsinə səbəb ola biləcəyini deyib.

“Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, - deyə Vilayəti bildirib.

O qeyd edib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın “başqa ölkədə dəhliz icarəyə götürmək” ideyasını “sadəlövhlük” adlandıran Vilayəti bunu Panama kanalının icarəyə götürülməsinə bənzədib.

Vilayətinin sözlərinə görə, layihə Ermənistan cəmiyyətində narazılıq yaradıb və Ermənistanın Baş naziri Nikol Paşinyan Tehrana səfəri zamanı bu narahatlıqları bölüşüb.

İran rəsmisi bildirib ki, dəhliz təşəbbüsü Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirilir və İran öz milli və regional təhlükəsizlik maraqları çərçivəsində bu təşəbbüsə qarşı çıxacaq.

Vilayəti həmçinin qeyd edib ki, Rusiya da strateji baxımdan bu layihəyə qarşıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol