• $
  • £

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
10.08.2025 19:29

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

Danışıqlar zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər İlham Əliyevin BƏƏ-yə son səfərini və Əbu-Dabidə baş tutan görüşü müsbət qiymətləndiriblər.

Prezident Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərin regional sülh və sabitlik baxımından əhəmiyyətini vurğulayıb. O, iyul ayında Əbu-Dabidə keçirilmiş ikitərəfli görüşün bu prosesə töhfə verdiyini qeyd edərək, BƏƏ Prezidentinə təşəkkür edib.

Şeyx Məhəmməd bin Zayed əldə olunmuş razılaşmaları təqdir edərək, onları tarixi adlandırıb və Azərbaycan Prezidentini təbrik edib.

Enerji, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı investisiya imkanları da müzakirə olunub.

Prezident Əliyev BƏƏ liderini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət razılıqla qəbul olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol