• $
  • £

“Qanlı ərazi işğalı” yoxsa həqiqi sülh?

“Qanlı ərazi işğalı” yoxsa həqiqi sülh?
11.08.2025 11:51

Ələkbər Raufoğlu

Avropa liderləri Ukraynadakı müharibə ilə bağlı yüksək səviyyəli danışıqlarda Vaşinqton və Moskva tərəfindən “laqeyd və ya biganə” kimi qiymətləndirilməmək üçün qətiyyətli addımlar atmalıdır.Bunu Kiyev Post qəzetinə müsahibəsində ABŞ ordusunun istefada olan zabiti  bildirib. 

NATO rəhbərliyində geniş təcrübəyə malik veteran polkovnik Riçard Uilyamsın (istefada) sərt xəbərdarlığı Fransa, Böyük Britaniya, Almaniya və digər ölkə rəhbərlərinin də daxil olduğu yeddi Avropa liderinin ABŞ-a öz sülh təkliflərini təqdim etməsi fonunda səslənib.

Bu addım, avqustun 15-də Alyaskada keçiriləcək ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasındakı qarşıdakı görüşün gündəliyinə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

“Qanlı” sülh riski

Polkovnik Uilyams Kiyev Post qəzetinə müsahibəsində sərhədlərin yenidən çəkilməsi yolu ilə razılaşma əldə edilə biləcəyi ideyasını kəskin tənqid edib.

Onun sözlərinə görə, belə bir razılaşma “ədalətsiz müvəqqəti atəşkəs yaratmaq üçün ı Rusiyanın "ərazi qəsbi”ndən başqa bir şey olmayacaq.

O, ABŞ prezidentini  “Nobel Sülh Mükafatı almaq” məqsədilə razılaşma axtarmaqda ittiham edib.

Veteranın bu fikirləri Avropada geniş yayılmış narahatlıqları əks etdirir: ABŞ və Rusiya liderlərinin vasitəçiliyi ilə əldə ediləcək hər hansı sülh razılaşması Ukraynanın maraqlarına zərbə vura bilər.

“Avropa və NATO yenə də özlərini ‘böyük oğlanlar’ elan edənlərin Avropanın böyük bir hissəsini gözləri önündə bölməsinə icazə verəcəkmi?”, - o, Avropa liderlərinə ünvanladığı kəskin sualda belə deyib.

Avropanın koordinasiyalı reaksiyası

Birgə bəyanatlarında Avropa liderləri bu suala qətiyyətli “yox” cavabı verirmiş kimi göründülər.

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer də daxil olmaqla imza atan liderlər qırmızı xətləri açıq şəkildə bəyan etdilər. Onlar Trampın diplomatik səylərini alqışlasalar da, hər hansı həllin “Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarını” qorumalı olduğunu bildirdilər.

Ən əsası, liderlər təsdiq etdilər ki, “Ukraynada sülh yolu Ukraynasız müəyyən edilə bilməz” və “beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz.”

Bəyanatda hazırkı təmas xəttinin “danışıqların başlanğıc nöqtəsi” olmalı olduğu qeyd olunub və ölkələr “Ukraynaya əhəmiyyətli hərbi və maliyyə dəstəyi” göstərmək öhdəliyini bir daha təsdiqləyiblər.

Birgə bəyanata İtaliyanın baş naziri Corca Meloni, Almaniya kansleri Fridrix Mers, Polşanın baş naziri Donald Tusk, Finlandiya prezidenti Aleksander Stubb və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də imza atıb.

Bu, Avropanın passiv müşahidəçi yox, sülh prosesinin fəal iştirakçısı olmağa qərarlı birliyinin göstəricisi kimi qiymətləndirilir.

tərcümə: N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol