• $
  • £

Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib

Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
13.08.2025 17:03

Polşa Belarusun ikitərəfli dialoqu bərpa etmək təklifini rədd edib. Səbəb kimi miqrant böhranı və Minsk rəhbərliyinin Rusiyanın, o cümlədən Ukraynadakı müharibə ilə bağlı siyasətini dəstəkləməsi göstərilib. Bu barədə Polşanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa XİN-ə əlaqələrin bərpası təşəbbüsü ilə məktub göndərmişdi.

“Mövcud vəziyyətdə Polşa Belarusla dialoqun bərpasını qətiyyətlə rədd edir”, – bəyanatda deyilir.

Varşava Minsk-i ortaq sərhəd boyunca qanunsuz miqrant axınını təşkil etməkdə, həmçinin Rusiya ilə hərbi və siyasi əməkdaşlıqda ittiham edir.

“Dövlətlər arasında hərbi əməkdaşlıq qarşılıqlı etimadı gücləndirmək məqsədilə beynəlxalq münasibətlər çərçivəsində müəyyən minimum qaydalara riayət olunmasını tələb edir”, – nazirlik qeyd edib və mövcud şəraitdə danışıqlar üçün imkan görmədiyini vurğulayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol