• $
  • £

Putin–Tramp görüşü avqustun 15-də Alyaskada Bakı vaxtı ilə saat 23:30-da başlanacaq

Putin–Tramp görüşü avqustun 15-də Alyaskada Bakı vaxtı ilə saat 23:30-da başlanacaq
14.08.2025 13:30

 Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş avqustun 15-də  Alyaskanın Ankoric şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da (yerli vaxtla 14:30) baş tutmalıdır. İlk pncə prezidentlər  təkbətək , daha sonra “5+5” formatında danışıqlar aparacaqlar. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

Görüşdə iqtisadi əməkdaşlıq və qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Reuters-in məlumatına görə, görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edəcək.

ABŞ prezidenti Tramp görüşü “tanışlıq xarakterli” adlandırsa da, The Washington Post yazır ki, o, “ərazi əvəzində sülh” formulunu irəli sürmək və razılaşma alınmasa, sanksiyalar tətbiq etmək niyyətindədir.

Avropa rəsmiləri isə ABŞ-dan post-müqavilə və  təhlükəsizlik zəmanətləri gözləyir.

The Wall Street Journal-a görə, Tramp Zelenskinin görüşdə iştirakına qarşı çıxıb. Buna səbəb  danışıqların pozulacağından ehtiyat etməsidir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
İranda 4,1 maqnitudada zəlzələ olub
Dünya 09:09
İranda 4,1 maqnitudada zəlzələ olub
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol