• $
  • £

Putin–Tramp görüşü Alyaskada hərbi təlimlərlə üst-üstə düşür

Putin–Tramp görüşü Alyaskada hərbi təlimlərlə üst-üstə düşür
14.08.2025 13:42

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında  avqustun 15-də  Ankoricdə yerləşən Elmenorf-Riçardson birgə hərbi bazasında keçiriləcək görüş ABŞ ordusunun genişmiqyaslı təlimləri ilə eyni vaxta təsadüf edir. Bu barədə Anchorage Daily News məlumat yayıb.

Bazada hazırda iki paralel hərbi təlim — Northern Edge və Arctic Edge 2025 — keçirilir və burada əvvəlkindən daha çox şəxsi heyət, texnika və aviasiya iştirak edir.

Baza və qoşun hissələrinin mətbuat xidmətləri təlimlərin cədvəli və giriş rejimi ilə bağlı mümkün dəyişiklikləri şərh etməkdən imtina edərək bütün sualları Ağ Evə yönləndiriblər.

Arctic Edge 2025 təlimləri NORAD – Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı tərəfindən təşkil olunub və avqustun 1-dən ayın sonunadək davam edəcək.

Keçən həftə Kremlin və Ağ Evin açıqlamalarında Putin–Tramp görüşünün Alyaskada keçiriləcəyi təsdiqlənib.

Avqustun 12-də Ağ Evin mətbuat katibi Karolin Leavitt görüşün Ankoricdə baş tutacağını bildirib. CNN isə görüşün Elmenorf-Riçardson hərbi bazasında keçiriləcəyini yazıb.

Əvvəlki məlumatlara görə, Arctic Edge 2025 təlimləri çərçivəsində Alyaskadan Rusiya istiqamətində aerostat buraxılıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol