• $
  • £

Emin Əfəndi Rusiyaya buraxılmayıb

Emin Əfəndi Rusiyaya buraxılmayıb
19.08.2025 13:19

“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

 Emin Əfəndi “Olay”a açıqlamasında faktı təsdiqləyib.

Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.

Əvvəlcə ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyilsə də, məsələnin məğzi başqa olub.

Onun ölkəyə buraxılmama səbəbi şəxsi “Teleqram” kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub.

“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var. Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, - Emin iyulun 22-də “Teleqram”da yazıb. 

Həmçinin, o, iyulun 29-da “Dream Fest”lə bağlı paylaşım edərək, rus ulduzların tədbirdə iştirak etməməsinə münasibət bildirib:

“Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.

Nə olur olsun, bizimkilər “şimallılardan” geri qalmır. Bu, sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə”.

 


Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 08:55
Xəzər dənizində zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol