• $
  • £

Ölkəyə idxal edilən kərə yağının qiyməti bahalaşıb

Ölkəyə idxal edilən kərə yağının qiyməti bahalaşıb
19.08.2025 15:07

2025-cü ilin yanvar-iyulunda Azərbaycana 113 milyon 648 min ABŞ dolları dəyərində 16 min 633.8 ton kərə yağı idxal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə  həcm baxımından 576.5 ton artıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Ölkəyə idxal edilən kərə yağının 1 kiloqramının orta qiyməti illik müqayisədə 28.9% artaraq 11.60 manat təşkil edib.

Cari ilin yeddi ayında ölkədə 15 min 567.6 ton kərə yağı istehsal edilib. 

Hesabat dövründə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 24.06 manat, yerli kərə yağının isə orta satış qiyməti 21.10 manat təşkil edib.

2023-cü ildə Azərbaycandan 7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.

Ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.

Dünyada kərə yağı qiymətləri ardıcıl olaraq artmaqda davam edir. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

FAO həmçinin bildirib ki, taxıl məhsulları qiymət indeksi bir ayda 2,7% azalıb, düyünün qiyməti 4%, şəkərin qiyməti isə 2,4% aşağı düşüb. Qlobal qarğıdalı qiymətləri isə sabit qalıb.
Ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol