• $
  • £

Rusiya Ukraynanın cənubundakı enerji infrastrukturunu vurub

Rusiya Ukraynanın cənubundakı enerji infrastrukturunu vurub
20.08.2025 09:09

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bazar ertəsi gecə Ukraynanın cənub bölgələrinə, o cümlədən Odessa və Poltava vilayətlərindəki enerji obyektlərinə genişmiqyaslı pilotsuz uçuş aparatları və raket zərbələri endirib.

Partlayışlar Odessa, İzmeyil və Tatarbunar şəhərlərində qeydə alınıb. Hücumlar əsasən Shahed tipli dronlar və ballistik raketlərlə həyata keçirilib.

Odessa meri Henadi Truxanov sakinləri sığınacaqlarda qalmağa çağırıb. Həyəcan siqnalları Poltava, Jitomir, Volın və Rovno vilayətlərində də səsləndirilib.

Ukrayna Energetika Nazirliyi neft və qaz infrastrukturlarına zərər dəydiyini təsdiqləyib. Kremençuk və Lubnı şəhərlərində yanğınlar baş verib, bir sıra ərazilərə qəlpələr düşüb.

Bu, son həftələrdə qeydə alınan ən genişmiqyaslı hava hücumlarından biri olub. Ukrayna ordusu Rusiyanın buraxdığı 270 drondan 230-nu vurduqlarını bildirib.

Odessada SOCAR-a məxsus neft obyektinə son bir ayda ikinci dəfə zərbə endirilməsi beynəlxalq səviyyədə, o cümlədən ATƏT Parlament Assambleyası tərəfindən kəskin tənqid edilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol