• $
  • £

Hindistan yenidən Rusiya nefti alır

Hindistan yenidən Rusiya nefti alır
20.08.2025 13:15

 Hindistanın neftayırma zavodları ABŞ-ın təzyiqindən sonra yaranan qısa fasilədən sonra Rusiyanın Urals markalı neftini almağa yenidən başlayıb və sentyabr-oktyabr  üçün bir neçə müqavilə imzalayıb. Bu barədəBloomberg çərşənbə axşamı mənbələrə istinadla xəbər verib.

Alıcılar arasında dövlətə məxsus Indian Oil Corp və Bharat Petroleum Corp da var. Bu məlumatı Reuters də təsdiqləyib.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Hindistanın Rusiya xam neftini kütləvi şəkildə idxal etməsini və ondan istehsal olunan məhsulları satmasını “qəbuledilməz” hesab edir. Onun sözlərinə görə, Rusiyanın Hindistanın neft idxalındakı payı Ukraynadakı müharibədən əvvəl 1%-dən az idisə, indi 42%-ə çatıb.

Avqustun əvvəlində ABŞ Hindistandan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 25%-dən 50%-ə qaldırıb. Prezident Donald Tramp Hindistanı ucuz Rusiya neftindən “qazanc götürməkdə” və Moskvanın enerji və silahlarına həddindən artıq bağlılıqda ittiham edib.

Hindistanın Xarici İşlər Nazirliyi isə Qərbin tənqidini əsassız adlandırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol