• $ 1.7
  • € 2.0014
  • ₽ 0.020565
  • ₺ 0.0412
  • £ 2.3077

ADY 300 yeni vaqon alıb

ADY 300 yeni vaqon alıb
21.08.2025 10:49

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alıb. Vaqonlardan 200-ü yarımvaqon, 100-ü isə universal platforma vaqondur.

Platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti 32 ildir. Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20, həm də 40 futluq konteynerlər üçün uyğundur.

ADY-nin vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək. Qeyd edək ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə xüsusilə konteyner yüklərin artması müşahidə olunur. 2025-ci ilin 7 ayında Çindən 225 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. 7 ayda ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Platforma vaqonlarda konteynerlə yanaşı, taxta-şalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır.

Yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan vaqonların istismar müddəti 22 ildir.

Yüksək həcmə və yük tutumuna malik olması yarımvaqonları kütləvi daşımalarda etibarlı və qənaətcil edir. Kömür, metallurgiya, tikinti və kənd təsərrüfatı sənayesində əvəzolunmaz daşıma vasitəsi olan yarımvaqonların üstünün açıq olması və mürəkkəb mexanizmlərin olmaması texniki xidmət, boşaltma və təmir işlərini asanlaşdırır.

Yüksək texniki göstəricilərə malik yeni yük vaqonları həm daxili, həm də Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarda istismar olunacaq, əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlar üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv və vaqon parkının yenilənməsi və genişləndirilməsi işlərini davam etdirir. Bu ilin aprel ayında ADY Çin istehsalı olan 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalayıb. Növbəti mərhələdə 14 ədəd magistral lokomotivin parka daxil edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
İqtisadiyyat 09:54
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

Dünya bazarında neft ucuzlaşıb
İqtisadiyyat 09:46
Dünya bazarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:32
Bu günə olan məzənnə açıqlanıb
Prezidentin köməkçisi ABŞ Konqresində sammitdə çıxış edib
İqtisadiyyat 08:19
Prezidentin köməkçisi ABŞ Konqresində sammitdə çıxış edib

Qlobal su istehlakı ildə 4 trilyon kubmetrə çatır
İqtisadiyyat 17:02
Qlobal su istehlakı ildə 4 trilyon kubmetrə çatır

Xaçmazın Həsənqala kəndinin yolu asfaltlanır
İqtisadiyyat 16:47
Xaçmazın Həsənqala kəndinin yolu asfaltlanır

Gürcüstanda tranzit müddəti 5 saatdan 3 saata endiriləcək
İqtisadiyyat 15:11
Gürcüstanda tranzit müddəti 5 saatdan 3 saata endiriləcək
Avqustda inflyasiya 4,9% təşkil edib
İqtisadiyyat 14:44
Avqustda inflyasiya 4,9% təşkil edib
Orta Dəhlizin fəaliyyətində bəzi məhdudiyyətlər var- Natiq Cəfərov
İqtisadiyyat 13:25
Orta Dəhlizin fəaliyyətində bəzi məhdudiyyətlər var- Natiq Cəfərov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol