• $ 1.7
  • € 1.9694
  • ₽ 0.021115
  • ₺ 0.0415
  • £ 2.2769

Qarabağa səfər üçün icazəni “mygov” platforması ilə də almaq mümkün olacaq


Qarabağa səfər üçün icazəni “mygov” platforması ilə də almaq mümkün olacaq
22.08.2025 15:11

Azərbaycanda vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələri artıq “mygov” platforması vasitəsilə ala biləcəklər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilir ki, əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilirdi. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

Səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda dağlıq ərazidə yanğın olub
Cəmiyyət 21:26
İsmayıllıda dağlıq ərazidə yanğın olub
"Sədərək" ticarət mərkəzində yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib- Video - Yenilənib
Cəmiyyət 19:33
"Sədərək" ticarət mərkəzində yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib- Video - Yenilənib
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Cəmiyyət 19:18
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Pirsaat çayında 3 nəfər batıb
Cəmiyyət 18:46
Pirsaat çayında 3 nəfər batıb
Tərtərdə yola günəbaxan tumları səpən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 17:19
Tərtərdə yola günəbaxan tumları səpən şəxs məsuliyyətə cəlb edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:49
Sabahın hava proqnozu
Beylaqanda ot tayasından yıxılan kişi ölüb
Cəmiyyət 23:15
Beylaqanda ot tayasından yıxılan kişi ölüb
Göygöldə yol qəzası baş verib - Xəsarət alanlar var
Cəmiyyət 22:21
Göygöldə yol qəzası baş verib - Xəsarət alanlar var
Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 18:30
Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol