• $
  • £

Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb

Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
25.08.2025 17:08

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərlərində 25,5 milyon kubmetr qaz itkisi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin ilk yarısında ölkədə qaz kəmərlərində 23,8 milyon kubmetr itki qeydə alınmışdı.

Ötən il üzrə ümumilikdə 47,3 milyon kubmetr itki qeydə alınmış, bu göstərici illik müqayisədə 20,9% azalmışdı.

Cari ilin ilk yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə ümumilikdə 20 milyard 260,5 milyon kubmetr qaz nəql edilib ki, bu da illik əsasda 1,4% azalma deməkdir.

Qaz nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” yatağından hasil edilən qaz ixrac olunur. Hesabat dövründə BTƏ ilə 11 milyard 235,7 milyon kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azdır.

2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda ümumilikdə 40 milyard 348,3 milyon kubmetr qaz nəql olunmuşdu və bu, 2023-cü ilə nisbətən 2,7% artım demək idi. Həmin il BTƏ boru kəməri vasitəsilə 22 milyard 851,9 milyon kubmetr qaz nəql edilmiş, bu da illik əsasda 4,3% artım demək idi. Qaz nəqlinin 56,6%-i bu kəmərin payına düşmüşdü.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol