Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olunub
Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ərsay Türkiyədə yeni vəzifəyə təyin olunması ilə əlaqədar vəzifəsini tərk edib.
O, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib və artıq yeni vəzifəsinin icrasına başlayıb.