• $
  • £

Rusiya Ukrayna münaqişəsinin diplomatik həllində Trampın səylərini alqışlayır

Rusiya Ukrayna münaqişəsinin diplomatik həllində Trampın səylərini alqışlayır
27.08.2025 16:54

Moskva Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərini davam etdirir və bu prosesdə ABŞ prezidenti Donald Trampın vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirir. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya münaqişənin siyasi və diplomatik yollarla həllinə öz yanaşmasını saxlayır. Lakin bu, Ukraynadan qarşılıqlı münasibət tələb edir", –  Peskov "RIA Novosti"yə verdiyi müsahibədə bildirib.

Peskov qeyd edib ki, Moskva Trampın sülhməramlı səylərini müsbət qarşılayır:

“Biz ABŞ prezidentinin bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndiririk və ümid edirik ki, onlar davam edəcək. Bu səylər münaqişənin nizamlanmasına töhfə verə bilər”.

Rusiya rəsmisinin sözlərinə görə, Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı təmaslar qeyri-ictimai formatda aparılmalıdır: “Yalnız bu yolla real nəticələr əldə etmək olar”.

Peskov həmçinin Alyaskada baş tutan Putin-Tramp görüşünə də toxunub və bildirib ki, müzakirələrdə Ukrayna münaqişəsinin həlli məsələləri əsas mövzulardan biri olub:
“Bu, Rusiyanın apardığı işin və Tramp administrasiyasının sülhməramlı səylərinin davamı idi”, – o deyib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol