• $ 1.7
  • € 1.9717
  • ₽ 0.021924
  • ₺ 0.04
  • £ 2.2485

Rusiyanın hərbi xərcləri rekord həddə çatıb

Rusiyanın hərbi xərcləri rekord həddə çatıb
28.08.2025 06:22

 2025-ci ilin ilk yarısında Rusiyanın hərbi büdcə xərcləri 8,484 trilyon rubl təşkil edərək rekord həddə çatıb. BunuAlmaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun əməkdaşı Yanis Kluge Maliyyə Nazirliyinin məlumatları əsasında hesablayıb. Məlumatı The Moscow Times yazıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə xərclər 31%, 2023-cü ilin yanvar–iyun göstəriciləri ilə müqayisədə 95%, müharibənin ilk ili ilə müqayisədə isə üç dəfə artıb.

Hərbi xərclərin dövlət büdcəsində payı da rekord müəyyən edib: ötən il 35% təşkil edən göstərici bu ilin birinci rübündə 41,2%, ikinci rübün sonunda isə 39,8% olub. Büdcə gəlirlərinin yarısı – ilin əvvəlində 50,1%, iyunun sonuna isə 48,2% – müharibəyə yönəldilib.

Xərclərin 62%-i məxfi qalır: açıq müdafiə maddələri üzrə 3,203 trilyon, gizli xərclər üzrə isə 5,281 trilyon rubl sərf olunub. Gizli büdcə bir ildə 41%, müharibənin ilk ili ilə müqayisədə isə dörd dəfə artıb.

Reuters-in mənbəsinə görə, Ukraynada sülh danışıqları nəticə versə belə, Moskva 2026-cı ildə hərbi xərcləri azaltmağı planlaşdırmır:

“Mərmi və pilotsuzlar istehsal olunmalıdır, miqyas az olsa belə. Qarşıdurma qalacaq, ordu və hərbi xərclər artacaq, çünki Qərb də onları artırır”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniya Ukraynaya yardım ayıracaq
Dünya 13:37
Britaniya Ukraynaya yardım ayıracaq
“Apple” şirkətinin süni intellekt üzrə vitse-prezidenti istefa verib
Dünya 21:58
“Apple” şirkətinin süni intellekt üzrə vitse-prezidenti istefa verib
Misirə vizanın qiyməti artıb
Dünya 21:56
Misirə vizanın qiyməti artıb
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub
Dünya 21:15
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub
Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - Yenilənib
Dünya 20:49
Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - Yenilənib
Путин: Если Европа начнет войну - Россия готова прямо сейчас
Dünya 20:23
Путин: Если Европа начнет войну - Россия готова прямо сейчас
Sülh planının 20 bəndi hazırdır - Zelenski
Dünya 20:00
Sülh planının 20 bəndi hazırdır - Zelenski
Lukaşenko Əlcəzairə gedib
Dünya 18:54
Lukaşenko Əlcəzairə gedib
HAMAS israilli girovun meyitini BQXK-ə təhvil verir
Dünya 16:42
HAMAS israilli girovun meyitini BQXK-ə təhvil verir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol