• $
  • £

İran müharibəyə hazırlaşır

İran müharibəyə hazırlaşır
29.08.2025 06:35

 İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezayi ölkənin müharibəyə hazırlaşmalı olduğunu bəyan edib. Bu açıqlama Avropa dövlətlərinin İranla bağlı sanksiyaları bərpa etmək qərarı fonunda səslənib.

İran parlamenti həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) tam çıxışı nəzərdə tutan təcili qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

Sənəd sabah təqdim olunacaq və gələn həftə müzakirə ediləcək.

Bundan əvvəl Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasına müraciət edərək “snapback” mexanizmi çərçivəsində İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyaların 30 gün ərzində bərpa olunacağını açıqlamışdı.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton diplomatiyaya açıq qalır, lakin Tehran “nüvə silahı əldə etmək fikrindən  dərhal daçınmalı və bu istiqamətdə addımlar atmalıdır”.

İran XİN isə bildirib ki, Avropa ölkələrinin qərarı Tehranla MAQATE arasında əməkdaşlığı zəiflədəcək və ölkə adekvat cavab tədbirləri görəcək.

Diplomatik mənbələrə görə, avqustun 29-da  BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qapalı məsləhətləşmələr keçiriləcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol